Koronaya görə kreditlərə güzəşt tətbiq edilsin

Koronaya görə kreditlərə güzəşt tətbiq edilsin

Nazirlər Kabineti koronavirus infeksiyasının iqtisadiyyata təsirlərinin minimumlaşdırılması məqsədilə sahibkarlara dəstək üçün təkliflər hazırladığını bəyan edib.

Mediainfo.az xəbər verir ki, iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bu baxımdan məhdudlaşdırıcı tədbirlərin sahibkarlara və eləcə də vətəndaşlara iqtisadi təsirlərini minimallaşdırılması üçün təkliflər irəli sürüb.

V.Bayramov bildirib ki, həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərində güzəştin verilməsi məqsədəuyğun olar:

"Doğrudur, 2 bank istisna olmaqla, digər banklar özəl qurumlardır. Amma Mərkəzi Bank tərəfindən banklara belə tövsiyə xarakterli müraciət edilə bilər. Bizə olan müraciətlərdə də bəzi vətəndaşlarımız koronavirus səbəbindən gəlirinin azaldığını və kredit ödəməkdə çətinlik çəkdiyini bildirirlər. Məsələn, Almaniyadan avtomobil idxal etməklə gəlir əldə edən vətəndaşımız artıq maşın satışı ilə məşğul ola bilmir, amma onun ipoteka kredit borcu var və borcunu ödəməkdə çətinlik çəkir. Bu baxımdan, kommersiya bankları tərəfindən növbəti 3 ay müddətində kredit ödənişlərində zaman güzəştinin verilməsi və yubanmalara görə cərimə və peniyaların hesablanmasının dayandırılması məqsədəuyğundur".

Millət vəkili bildirib ki, koronavirusla qlobal mübarizənin nəticəsindən asılı olaraq bu müddətə yenidən baxıla bilər:

"Koronavirus onlayn ticarətin inkişafını daha da aktuallaşdırıb. Sosial təcrid tədbirlərinin həyata keçirildiyini nəzərə alsaq, onlayn ticarətin təşviq edilməsi üçün güzəştlərin tətbiq olunması məqsədəuyğun olardı. ABŞ daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə onlayn ticarət satış vergisindən azaddır. Oxşar praktikanın bizdə də tətbiq olunması məqsədəuyğun olardı".

Qeyd edək ki, ötən gün bənzər təkliflə digər deputatlar da çıxış edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az