Azərbaycan bankları ötən həftədən etibarən kredit kampaniyalarını maksimum məhdudlaşdırıblar.
Buna səbəb dollar alışlarına tələbatın kəskin artması olub. Banklardan bildirilib ki, dollar almaq istəyən bəzi müştərilər hətta kreditə ehtiyac olmayanda da banka müraciət edərək kredit alıb elə oradaca dollara çevirməyə çalışıblar.
Başqa sözlə, belə müştərilərə dollar almaq üçün də pul xərcləmək lazım olmayıb – elə kredit götürüb, bankda dollara çevirib, bankı tərk ediblər.
Bu vəziyyət dollara tələbatı bir qədər də artırdığına görə, bankların əksəriyyəti kredit kampaniyalarını dayandırıblar. Hətta yenicə kredit kampaniyası elan etmiş bəzi banklar bir neçə gün sonra kampaniyaya müvəqqəti son veriblər.
Banklardan Fed.az -a bildirilib ki, kredit kampaniyalarına bayram günlərindən sonra və ya apreldən start verilə bilər.
Bundan başqa, Mərkəzi Bank da banklara istehlak kreditlərini bir qədər məhdudlaşdırmağı tövsiyyə edib. Bu usullar manat kütləsinin bir qədər məhdudlaşdırılması və dollara tələbatı azaltmaq məqsədi daşıyır.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















