Bu gün Azərbaycan hökumətində heç bir alternativ müzakirə olunmur, hər hansı emosional qərarın qəbul olunması düşünülmür. Konkret situasiya var və onunla məşğul oluruq.
Mediainfo.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov REAL TV-yə müsahibəsində deyib.
E.Rüstəmovun sözlərinə görə, hökumətin "B planı"nda bütün alternativ çağırışlara cavab var:
"Neftin istənilən qiymətinə, istənilən çağırışa cavab verməyə hazırıq. Hesab edirəm və ümumi fikir də bundan ibarətdir ki, bizim hər hansı emosional qərar qəbul etmədən situasiyanı tarazlaya bilmək üçün kifayət qədər başqa potensialımız var. Yəni inflyasiyanı qaldırmadan, bütövlükdə həyata keçirilmiş və əldə olunmuş maddi-sosial rifah halını qorumaqla, maliyyə sektoru üçün əlavə problemlər yaratmadan situasiyanı tənzimləmək üçün kifayət qədər imkanlar var. Mən dünənki çıxışımda da dedim ki, hökumətin alternativ – "B planı" var və bu planda bütövlükdə ssenari və onun necə tənzimlənməsi də mövcuddur".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































