SOCAR "Özbəkneftqaz" ASC ilə təcrübə mübadiləsi aparacaq.
Şirkətdən Mediainfo.az-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Özbəkneftqaz" ASC-nin idarə heyətinin sədri Məhriddin Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə SOCAR və "Özbəkneftqaz" arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Özbəkistanda neft-qaz sənayesinin müxtəlif sahələrində islahatlar aparıldığı qeyd edilib, "Özbəkneftqaz" ASC-nin SOCAR-ın təcrübəsinin öyrənilməsində maraqlı olduğu bildirilib.
Azərbaycanın qlobal brendinə çevrilmiş SOCAR-da tətbiq edilən rəqəmsal texnologiyaların, SAP şirkətinin müxtəlif modullarının, süni zəka texnologiyalarının tətbiqi haqqında qonaqlara ətraflı məlumat verilib, əldə olunan nailiyyətlərin və təcrübənin bölüşdürülməsi üçün texniki səviyyədə bir sıra görüşlərin keçirilməsi qərara alınıb. SOCAR-ın müasir neft-kimya kompleksinin tikintisi ilə bağlı təcrübəsinin, həmçinin Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi istiqamətində həyata keçirilən layihənin detallı öyrənilməsi məqsədilə təcrübə mübadiləsi aparılacağı da qeyd edilib.
Görüşdə SOCAR-ın 2005-ci ildə qəbul etdiyi 10 illik strteji inkişaf planının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda SOCAR və məşvərətçi "McKinsey" şirkətinin mütəxəssisləri tərəfindən 2025-2035-ci illər üçün yeni dövrün çağırışlarına cavab verən növbəti strateji inkişaf planı hazırlanır.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































