2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarəsində olan yataqlarda hasilatın ötən illə müqayisədə müəyyən artımı gözlənilir.
Bunu Mediainfo.az-a SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov neft qiymətlərinin azalması fonunda şirkətin planları barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, həmin yataqlarda əvvəlki illərin tendensiyasının davam etməsi gözlənilir:
"Ümumilikdə ölkədə təbii qaz hasilatının mühüm artımı müşahidə olunur. Bu tendensiya yaxın gələcəkdə də davam edəcək".
İ.Əhmədovun sözlərinə görə, ötən il Azərbaycan neftinin (CIF) orta qiyməti təxminən 67 dollar/barel təşkil edib, bu ilin ilk iki ayında isə 63 dollar/barelə bərabər olub.
O əlavə edib ki, SOCAR son illərdə qeyri-konvensional neft hasilatına investisiya qoymayıb və şirkətin bütün investisiyaları əsasən Azərbaycanda və onun hüdudlarından kənarda neft emalı və neft-kimya komplekslərinin inkişafına yönəldilib:
"Bu, bizə biznes portfelimizi balanslaşdırmağa kömək etdi. Beləliklə, aşağı qiymətlərlə əlaqədar xam neftinin satışında itkilər olsa belə, neft emalı və neft-kimya sahəsində marja artacaq".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















