Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev martın 5-də ABŞ-ın Aydaho ştatının qubernatoru Brad Little ilə görüşüb.
Ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğundan bildiriblər ki, görüşdə Azərbaycan ilə Aydaho ştatı arasında müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, nəqliyyat, elm, təhsil və mədəniyyət üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu barədə məlumat verən baş konsul N.Ağayev Aydaho ştatı ilə ölkəmizin münasibətlərinin daha da inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
Diplomat, həmçinin Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açıb, bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini, bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Öz növbəsində, qubernator Brad Little keçirilən görüşdən məmnunluq duyduğunu ifadə edərək, Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə, həmçinin Aydaho ştatı Senatının sədri Brent Hill, Nümayəndələr Palatasında çoxluğun rəhbəri Mike Moyle və onun müavini Jason Monks, ştatın Kənd Təsərrüfatı Departamentinin direktoru Celia Gould, Ticarət Departamentinin direktoru Tom Kealey və digər rəsmilər iştirak ediblər.
Qeyd edək ki, səfər müddətində baş konsul N.Ağayev, həmçinin Aydaho ştatının paytaxtı Boise şəhərinin meri Lauren McNeal, müxtəlif ştatların senatorları və digər rəsmi şəxslərlə də görüşlər keçirib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































