Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu il keçirilməyəcək.
Təşkilat komitəsi Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yayılması ilə bağlı beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan etməsi ilə əlaqədar 2020-ci ildə forumun keçirilməsini təxirə salmaq qərarına gəlib. Təşkilat Komitəsinin sədri Andrey Belousov jurnalistlərə bildirib ki, Rusiya vətəndaşlarının, forumun qonaqlarının və iştirakçılarının sağlamlığının mühafizəsi məqsədilə tədbiri bu il keçirməmək qərara alınıb.
Qeyd edək ki, Sankt-Peterburq İqtisadi Forumu irimiqyaslı beynəlxalq forumdur. Ənənəyə görə, tədbirdə hər il Rusiya Prezidenti Vladimir Putin iştirak edir. Builki forum iyunun 3-6-da keçirilməli idi.
Artıq bir neçə ildir ki, forumun işinə Azərbaycandan böyük nümayəndə heyəti qatılır. Ötənilki forum çərçivəsində təşkil olunmuş dünyanın aparıcı xəbər agentlikləri rəhbərlərinin Sammitində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov da iştirak etmişdi.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















