Dünya Bankı məşğulluğun dəstəklənməsi üçün Azərbaycana böyük məbləğdə kredit ayırır.
Mediainfo.az-ın xəbərinə görə, Dünya Bankı Direktorlar Şurası məşğulluğa dəstək layihəsini maliyyələşdirmək üçün Azərbaycana 100 milyon dollar kredit ayrılmasını təsdiqləyib.
Bankdan verilən məlumata görə, kredit vəsaiti dörd il güzəşt müddəti daxil olmaqla, 14 il müddətinə ayrılıb.
Beş il müddətinə nəzərdə tutulan layihənin məqsədi Azərbaycan əhalisinin daha çox ehtiyacı olan təbəqələrinə iş tapmaq, əmək bazarlarında özünüməşğulluq imkanlarını təbliğ etməkdir.
Layihədə qadınlar, gənclər, təhsil səviyyəsi aşağı olan insanlar və ölkədəki məcburi köçkünlər diqqət mərkəzində olacaqlar.
"Bu, Azərbaycan üçün vacib bir layihədir və onun məqsədi cəmiyyətin ən həssas təbəqələri üçün məşğulluq imkanlarını yaxşılaşdırmaqdır", - deyə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Naqvi qeyd edib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















