Paytaxt Bakıda dəyəri milyonlarla ölçülən mənzillər satılır. Onların yerləşdiyi binaların əksəriyyəti şəhərin mərkəzində olduğundan qiymətlərin baha olması da buna əsaslanır. Bu mənzillərə tələbat az olsa dasayları günü-gündən artır.
Paytaxtın Nərimanov rayonunda, 7 otaqlı, sahəsi 365 kvadratmetr olan mənzil 6 milyon 205 000 manata satılır.
Nəsimi rayonunda yerləşən dörd otaqlı mənzil isə 5,2 milyon manata satılır. Mənzilin ümumi sahəsi 220 kvadratmetrdir.
Xətai rayonunda da bahalı mənzilə rast gəlmək mümkündür. Məsələn, 4,8 milyon manata olan 20 otaqlı bu mənzil binanın birinci mərtəbəsində yerləşir və 1000 kvadratmetr sahəyə malikdir.
"28 May" stansiyası yaxınlığında isə 3,5 milyon manata altı otaqlı mənzil satılır."Gənclik" metrostansiyası yaxınlığında yeni tikilidə yeddi otaqlı evin dəyəri isə 3,4 milyon manatdır.
Əmlak eksperti Ramil Osmanlı mənzillərin qiymətlərinin bu qədər baha olmasının səbəblərini belə izah edir.
Həmçinin alqı-satqı zamanı mükiyyətçinin mənzilin üzərinə qoyduğu mənfəət marjası da hesablanır, ki, bu da əmlakın qiymətinin atmasına gətirib çıxarır.
Qeyd edək ki, milyonluq mənzillərin açıq bazarda satışı 2016-cı ildən vüsət alıb. Çünki məhzbu tarixdə vergi məcəlləsinə olunan dəyişikliklər mənzilin dəyərinə görə yox, sahəsinə görə hesablanmağına imkan yaradıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















