Bakıda I Xəzər Elm Forumu keçiriləcək

Bakıda I Xəzər Elm Forumu keçiriləcək

Azərbaycan nümayəndə heyəti Həştərxan Dövlət Universitetində keçirilən "XXI əsrin Xəzəri: davamlı inkişafın yolları" Beynəlxalq Elm Forumunda iştirak edir.

Mediainfo.az Rusiya KİV-inə istinadən xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrdən 100-ə yaxın nümayəndə, o cümlədən diplomatlar, Xəzəryanı ölkələrin elmi ictimaiyyətinin, Rusiyanın federal nazirlik və idarələrinin, UNESKO-nun Hökumətlərarası Okeanoqrafiya Komissiyasının nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək forumda iştirakçılar elmi əlaqələrin və elmi-tədqiqat layihələrində dövlət-fond tərəfdaşlığının genişləndirilməsini, Xəzər regionuna elmi sərmayələrin axınının artırılmasını, elmi ictimaiyyətin və hökumətin diqqətini Xəzər regionundakı problemlərə cəlb olunmasının yollarını müzakirə edəcəklər.

Qeyd olunur ki, forumun nəticələri 2020-ci ilin payızında Bakıda keçiriləcək I Xəzər Elm Forumunun proqramının formalaşması üçün əsas olacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az