Rusiyanın Çinlə sərhəd Xabarovsk vilayətinə pomidorlar təyyarə ilə daşınır.
Mediainfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, vilayətin kənd təsərrüfatı nazirliyinin ticarət departamentinin rəhbəri Alla Soroka bunu mətbuata elan edib. Onun sözlərinə görə, koronavirus səbəbilə Çindən kənd təsərrüfatı məhsullarının alınması qadağan olunduğu üçün Uzaq Şərq regionunun ərzaq təminatı Azərbaycan, Türkiyə və Misir vasitəsilə təmin olunur. Daşınma təyyarə ilə həyata keçirildiyi üçün pomidor kimi tez xarab olan tərəvəzin qiyməti bahalaşıb. "İri müəssisələr artıq Çin məhsulu Türkiyə və Azərbaycandan gətirilən pomidorla əvəzləyib. Həmin pomidorlar təyyarə ilə daşındığı üçün məhsulun qiyməti də bahalaşır. Amma hökumət qiymətləri tənzimləmək səlahiyyətində deyil. Biz ancaq kartof, yerkökü kimi məhsulların qiymətini müəyyən edə bilərik". Hazırda Vladivostok, Xabarovsk, Komsomolsk-na-Amure və İrkutsk kimi iri şəhərlərdə pomidorun 1 kilosu 700-12000 rubl arasında dəyişir.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















