Nazirlər Kabinetinin ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə verdiyi qərar hökümət tərəfindən bu sahəyə ciddi dəstəkdir.
Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O vurğulayıb ki, Azərbaycanda avtomobil sənayesi yenidən qurulur:
"Sovet dönəmində müəyyən işlər görülüb, amma bu işlər avtomobil sənayesi ilə bağlı olmayıb. Azərbaycanda qonşu ölkələrlə birgə həyata keçirilənqurulan avtomobil layihələrinə sahibkarlarin marağı böyükdür. Bununla yanaşı, sahibkarlarla müzakirə edilən digər layihələr də var. Bu sahəyə maraq var və hökümət tərəfindən belə qərarın qəbul olunması maliyyə dəstəyi kimi qiymətləndiriməlidir. Bu qərar buraxılan avtomobillərin maya dəyərinin azaldılmasına, eyni zamanda sahibkarların bu sahəyə yatırılan investisiyalarının artırılmasına təsir göstərən amildir. Bu, nəinki istehsala, istehlaka da təsir göstərən qərarlardır".
Azərbaycanda hibrid avtomobillərin istehsalı üçün zaman lazım olduğunu deyən nazir müavini bildirib ki, burada kifayət qədər böyük investisiya, texnologiya tələb olunur: "Bu məsələ də gündəmdədir. İqtisadiyyat Nazirliyi həm yerli, həm xarici iş adamları bu məsələləri müzakirə edir. Buna zaman lazımdır. Bu, ciddi hazırlıq işləri tələb edir. İstehlakçılarda buna ciddi təlabat olmalıdır. Ölkədə istifadə olunan hibrid avtomobillərinin əksəri ikinci əl bazarıdır və ona görə qiymətləri aşağıdır".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















