ABŞ prezidenti Donald Tramp ölkənin neft ehtiyatlarının bir hissəsini (15 milyon barel) satmağı planlaşdırır.
Siyasətçinin sözlərinə görə, əldə edilən vəsait müxtəlif layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Xüsusilə, Kaliforniyadakı dəniz neft ehtiyatlarının bərpa edilməsinə.
Mediainfo.az "Vesti.ru"ya istinadən xəbər verir ki, digər təkliflərdən fərqli olaraq, bu təklif ikitərəfli dəstək ala bilər: Respublikaçı və Demokrat partiyalarının nümayəndələri strateji neft ehtiyatının satışını dəstəkləyirlər. 2015 və 2018-ci ildə qəbul edilmiş qanunlara görə, bu plan 2020-ci və 2021-ci illərdə baş tutmalıdır.
Xatırladaq ki, ABŞ-ın bu gün sahib olduğu strateji neft ehtiyatları 40 il bundan əvvəl, ərəblərin neftin idxalına embarqo tətbiq etməsindən sonra yaradılıb. ABŞ neftdən asılı olduğunu başa düşərək, özünün neft ehtiyatını yaratmaq qərarına gəldi.
Bu gün ABŞ gündə 13 milyon barel neft istehsal edir və 6,6 milyon barel idxal edir. Son bir neçə il ərzində büdcədəki boşluqları doldurmaq və yeni qanun layihələrinə dəstək vermək məqsədilə neft ehtiyatlarının bir hissəsi satılmışdı.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















