Amerikanın sanksiyaları Rusiyanın siyasətinə təsir etməyəcək, onlar yalnız Moskva ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün maneə törədir.
Mediainfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə RF-nin Vaşinqtondakı səfirliyinin çərşənbə günü ABŞ-ın növbəti məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi ilə bağlı yaydığı bəyanatda deyilir.
"Həmkarlarımıza xatırlatmaq istərdik ki, bu, Rusiyanın siyasətini dəyişməyəcək. Onların müəllifləri isə yalnız öz maraqlarına zərbə vurur.
"Vaşinqtonda hələ də inanırlar ki, Rusiya Federasiyası ilə birləşdiyi andan Krımda baş verən müsbət dəyişiklikləri məhdudlaşdırıcı tədbirlər vasitəsilə poza biləcəklər. Rusiya hakimiyyətinin bu regionun hərtərəfli inkişafı, xüsusilə yarımadayla birbaşa avtomobil və dəmir yolu əlaqəsinin işə salınması üzrə irimiqyaslı infrastruktur layihəsinin reallaşdırılması istiqamətində əldə etdiyi uğurlarla barışa bilməz", - deyə bəyanatda vurğulanır.
Diplomatlar bildiriblər ki, Amerika hökuməti Krımda "şəffaf siyasi prosesləri destruktiv şəkildə təqdim etməyə çalışır".
Çərşənbə günü ABŞ Maliyyə Nazirliyi Avropa İttifaqının ardınca Rusiya üzrə sanksiya siyahısını genişləndirib, Krımın məmurlarını və "Qrand servis ekspress"yarımadasına sərnişin dəmir yolu daşımalarının operator şirkətini ona cəlb edib. ABŞ prezidentinin fərmanına əsasən, Maliyyə Nazirliyinin bu restriksiya siyahısını yalnız Dövlət Departamenti ilə məsləhətləşmələrdən sonra genişləndirə bilər. Onun rəhbəri Maykl Pompeo yanvarın 30-da Kiyevə gələcək. Orada Ukrayna Prezidenti Vladimir Zelenski ilə, həmçinin ölkənin xarici siyasət və müdafiə idarələrinin rəhbərləri ilə görüş nəzərdə tutulub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































