SOCAR və Rusiyanın "Lukoil" şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Naxçıvan" perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində "Xəzəryanı-Quba" və "Qoşadaş" perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.
Mediainfo.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, Anlaşma Memorandumu İsveçrənin Davos şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov tərəfindən imzalanıb.
Qeyd edək ki, "Naxçıvan" perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.
"Qoşadaş" strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















