Azərbaycan bu göstəriciyə görə dünyada ikinci oldu

Azərbaycan bu göstəriciyə görə dünyada ikinci oldu

Azərbaycan minimum əmək haqqının artım tempinə görə dünyada ikinci ölkə olub.

Mediainfo.az Picodi.com beynəlxalq servisinə istinadla xəbər verir ki, ötən il ərzində dünyada minimum əmək haqqının artım tempinə görə Azərbaycan dünyada ilk "beşilk"də qərarlaşıb.

Belə ki, 2019-cu ilin 1 yanvarı ilə 2020-ci ilin 1 yanvarı tarixləri arasında ölkədə minimal əmək haqları 37,7% artıb və 148 dollar təşkil edib.

Minimum əmək haqqının ən çox artdığı ölkə isə Nigeriyadır. Belə ki, ötən il Nigeriyada bu göstərici 64,8% artıb.

Minimum əmək haqqının artım sürətinə görə ilk "beşlik"də Nigeriya və Azərbaycandan sonra Argentina (37,1%), Səudiyyə Ərəbistanı (33,3%) və Ermənistan (25,2%) qərarlaşıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az