Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Romada İtaliya Respublikası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclasında təmsil edilib.
KOBİA-dan Mediainfo.az-a bildirilib ki, iki ölkə arasında ticarət-iqtisadi, logistika, kənd təsərrüfatı, turizm və sair sahələrdə əməkdaşlığın müzakirə edildiyi iclasda agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti barədə məlumat verib. O, Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi üçün bir sıra təkliflər səsləndirib.
Qeyd olunub ki, Azərbaycan-İtaliya Biznes Şurasının yaradılması, KOBİA ilə İtaliyanın müvafiq qurumları, ticarət palataları və biznes assosiasiyaları arasında əməkdaşlığın inkişafı, hər iki ölkənin KOB-larının iştirakı ilə Azərbaycanda birgə müəssisələrin təşkili, potensial investisiya layihələri barədə məlumat mübadiləsi, Azərbaycan KOB-larının İtaliyaya tanışlıq səfərlərinin, müəssisələrə baxış və təlimlərin təşkili, birgə innovativ layihələrin həyata keçirilməsi Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın inkişafı baxımdan əhəmiyyətli olacaq.
Səfər çərçivəsində KOBİA nümayəndələri İtaliyanın Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsinin (INSME) prezidenti Sergio Arzeni və baş katibi Giovanni Zazzerini ilə görüşüb. Görüşdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, agentliyin beynəlxalq müstəvidə geniş əlaqələrə malik olduğu, INSME və İtaliyanın digər müvafiq qurumları ilə əməkdaşlığın qurulmasında maraqlı olduğu diqqətə çatdırılıb. KOBİA-nın təşkilata üzvülüyünə dair müzakirələrin aparıldığı görüşdə, həmçinin INSME-nin tədbirlərində agentliyin iştirakı, birgə tədbirlərin keçirilməsi, qarşılıqlı biznes missiyaların təşkili, potensial layihələr barədə məlumat mübadiləsi və digər mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































