Avropa İttifaqı (Aİ) Azərbaycana bərpa olunan enerji mənbələri sahəsində ən yeni texnologiyalarla bağlı kömək etməyə hazırdır.
Bunu Mediainfo.az-a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
O bildirib ki, Aİ ölkənin yeni uzunmüddətli enerji strategiyası üzərində Azərbaycanla birgə işləyir: "Azərbaycanda günəş və külək enerjisi ilə bağlı yaxşı potensial var. Bu potensialdan istifadə kommunal xidmət haqlarını azaltmağa imkan verəcək və ətraf mühiti daha təmiz edəcək. Biz Azərbaycana bərpa olunan enerji mənbələri sahəsində ən yeni texnologiyalarla bağlı kömək etməyə hazırıq".
K.Yankauskas qeyd edib ki, 2020-ci ildə Aİ və Azərbaycan bir sıra şəhər və bələdiyyələrin enerji səmərəliliyinin yüksəldilməsi proqramları üzrə əməkdaşlığı genişləndirəcək: "Yeni Avropa Komissiyasının əsas məqsədlərindən biri "Yaşıl saziş"in qəbul olunması üzrə iş olub. Biz qarşımıza 2050-ci ilədək Avropanı iqlim baxımından dünyada ilk neytral qitəyə çevirmək məqsədi qoymuşuq. Bizə bu məsələdə tərəfdarlarımızın köməyi lazımdır, bu, hamımız üçün vacibdir".
Qeyd edək ki, daha əvvəl Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov Mediainfo.az-a müsahibəsində Azərbaycanda bərpa olunan enerji potensialının 26,9 min meqavat təşkil etdiyini bildirmişdi. Buraya külək enerjisi (3 min meqavatt), günəş enerjisi (23,04 min meqavatt), bioenerji potensialı (380 meqavatt) və dağ çaylarının enerjisi (520 meqavatt) daxildir.
O xatırladıb ki, 2018-ci ildə ölkədə 25,2 milyard kilovat/saat elektrik enerjisi istehsal olunub və bunun 2,04 milyard kilovat/saatı bərpa olunan enerji mənbələrinin payına düşüb: "İl ərzində külək elektrik stansiyalarında 85,7 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 39,3 milyon kilovat/saat, sərt məişət tullantılarının yandırılması qurğularında 162,3 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub".
Z.Məmmədov əlavə edib ki, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ümumi istehsalda payı 8,1 faiz təşkil edib.
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
































.jpg)















