Beynəlxalq əlaqələrini daim inkişaf etdirən Azərbaycan Beynəlxalq Bankı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) ilə tərəfdaşlıq çərçivəsində müştərilərinə daha bir imkan yaradıb.
Mediainfo.az-ın məlumatına görə, bank SWIFT-in qlobal ödənişlərdə tətbiq etdiyi yeni inkişaf standartlarından olan SWIFT gpi sisteminə qoşulub. Bu sistem beynəlxalq köçürmələr zamanı fərdi və korporativ müştərilərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyini, operativliyini və şəffaflığını təmin edir.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov bu yeniliyin beynəlxalq köçürmələr həyata keçirən müştərilər üçün böyük üstünlük olduğunu bildirib: "Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirmələrinə gərək yoxdur. Müasir bankçılıq həllərindən olan SWIFT gpi sistemi beynəlxalq hesablaşmaları müştərilərimiz üçün asanlaşdırır. Yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankının müştəriləri bu sistemin yeni imkanlarından da istifadə edə biləcəklər".
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































