Abşeron Logistika Mərkəzi daha bir uğura imza ataraq ISO 9001:2015 beynəlxalq "Keyfiyyət İdarəetmə Sistemi" sertifikatına layiq görülüb. Bu sertifikatın əldə edilməsi mərkəzin fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun göstəricisidi.
Mediainfo.az xəbər verir ki, audit mərhələsinə hazırlıq üçün mərkəzdə işçi qrupu yaradılıb, üç illik strateji plan hazırlanıb, mərkəzin yeni təşkilati strukturu formalaşdırılıb. Fəaliyyət sahələri üzrə əsasnamələr, biznes proseslər, prosedur və işçi təlimatları hazırlanıb, mərkəzin texnikalarından istifadə səmərəliliyinin artırılması üçün texniki qulluq planları formalaşdırılmış, təhlükəsiz iş mühiti yaradılıb.
Növbəti mərhələdə "TÜV Austria" beynəlxalq sertifikatlaşdırma təşkilatı tərəfindən mərkəzdə audit keçirilmişdir. Audit qrupunun rəyinə əsasən, burada aparılan işlərin beynəlxalq standartlara uyğun həyata keçirildiyi bildirilib.
Sertifikatın əldə edilməsində əsas məqsəd davamlı təkmilləşdirməni əsas tutaraq göstərilən xidmət keyfiyyətinin daha da artırılması və müştəri məmnuniyyətinin qazanılması olub.
Abşeron Logistika Mərkəzi beynəlxalq standartlara cavab verən logistik mərkəzdir. 65 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, anbar, nəqliyyat xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış "vahid pəncərə" sistemi ilə müştərilərə yüksək səviyyəli və operativ xidmət göstərilir.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















