Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və SOCAR AQS şirkəti arasında enerji sahəsində regional əməkdaşlığın inkişaf etdirilməsinə dair razılıq əldə olunub.
Mediainfo.az xəbər verir ki, bu barədə QDTİB məlumat yayıb. Məlumata görə, QDTİB ticarətin maliyyələşdirilməsi mexanizmi çərçivəsində SOCAR AQS-ə 20 mln. avro ayıracaq. Sözügedən vəsait QDTİB üzv ölkələrindən sənaye avadanlıqlarının və materialların idxalına yönəldiləcək.
Soloniki şəhərində əldə olunmuş razılaşma Rusiya, Rumıniya, Türkiyə və Ukraynadan əldə olunacaq avadanlıq və materiallar hesabına regionun inkişafına töhfəsini verəcək.
"Azərbaycanda və bütün Qara dəniz regionunda enerji bazarının əsas oyunçusu olan SOCAR AQS-i dəstəkləyən ilk beynəlxalq maliyyə qurumu olmaqdan məmnunuq. Enerji və infrastruktur regional inkişafda mühüm rol oynayır və bizim üçün strateji prioritetdir. SOCAR AQS ilə tərəfdaşlıq bölgədəki bir çox istehsalçı və təchizatçı üçün əhəmiyyətli iqtisadi fayda və texnoloji inkişaf imkanları yaradacaq. Qarşıdakı illərdə tərəfdaşlığımızı daha da inkişaf etdirəcəyimizə ümid edirik", - deyə QDTİB-in prezidenti Dmitri Pankin bildirib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















