"Kənd təsərrüfatı sahəsində dövlət-özəl sektorlarının əməkdaşlığının ən yaxşı nümunələrindən biri də – yeni yaradılan və artıq gələn ildən etibarən işə düşəcək aqrar sığorta mexanizmidir".
Mediainfo.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) həyata keçirilməsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminarda çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, "dövlət-özəl" formatında yaradılan yeni sistem aqrar sahədə yarana biləcək risklərin dövlət tərəfindən qarşılanacağını təmin edəcək.
"Gələn ildən həmçinin subsidiyalar elektron formada veriləcək. Bunun üçün elektron kənd təsərrüfatı sistemi artıq fəaliyyətə başlayıb. Bu sistemdə 420 mindən çox fermer qeydiyyatdan keçib, 240 mindən çox fermer əkin sahələri barədə məlumatları elektron sistemdə bəyan edib. Bu, subsidiyaların verilməsinin daha şəffaf keçirilməsinə şərait yaradacaq. Aqrar sahəyə dövlət dəstək verir və bu proses davam etdirilir", - deyə nazir qeyd edib.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































