İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dekabrın 17-də, saat 11.00-da mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün "Özünüməşğulluq sahəsində mövcud dəstək mexanizmləri ilə bağlı yeniliklər" mövzusunda onlayn maarifləndirici tədbir keçiriləcək.
Agentlikdən Mediainfo.az-a verilən məlumata görə, onlayn tədbirdə sahibkarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və KOBİA-nın nümayəndələri tərəfindən özünüməşğulluq proqramı və bu proqrama qoşulmaq üçün prosedurlar, ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri və mexanizmləri, eləcə də "Aqrar Tədarük və Təchizat" ASC-nin özünüməşğulluğu dəstəkləyən layihələri barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaq.
Tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompyuter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür.
Ətraflı məlumat üçün - http://smb.gov.az/news/ozunumsgulluqla-bagli-suallar-cavablandirilacaq
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















