Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək.
Mediainfo.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, Tbilisidə keçirilməsi nəzərdə tutulan görüşdə nəinki əldə olunan materiallar və yerlərdə aparılan son müşahidələr və araşdırmalar nəzərdən keçiriləcək, eyni zamanda bəzi arxiv materiallara yenidən baxılacaq:
"Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin 2/3 hissəsini razılaşdırmağa müvəffəq olmuşuq, onun 1/3 hissəsi isə qalmaqdadır. Burada müəyyən fikir ayrılıqları var, müəyyən sənədlərin baxılmasına yenidən ehtiyac yaranıb. Bu məqsədlə mütəxəssislərimizin ilin sonuna qədər Tbilisidə görüşməsi barədə razılaşmışıq".
X.Xələfov əlavə edib ki, komissiyanın növbəti iclası gələn ilin birinci rübündə keçirilməlidir.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















