Dekabrın 6-da Qala qəsəbəsi ərazisindəki "Eko Park"da SOCAR-ın Enerji İdarəetmə Mərkəzinin açılışı olub.
Mediainfo.az xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyi iştirak edib.
Bildirilib ki, mərkəz SOCAR və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı" (NAMA) layihəsi çərçivəsində qrant vəsaiti hesabına tikilib. Mərkəzin əsas funksiyası NAMA layihəsi çərçivəsində Qaradağ, Sumqayıt və Qala ərazilərində quraşdırılmış alternativ enerji mənbələrindən istehsal olunan enerjinin istifadəsinə nəzarət etməkdir.
Enerji İdarəetmə Mərkəzi alternativ enerji - külək generatoru, günəş panelləri və hidroenerji ilə əlaqədar bir mərkəzdir. Burada mühəndislər, məktəblilər və digərlərinin təlim və tədris prosesinin təşkil olunması planlaşdırılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































