Birləşmiş Ştatların sutkalıq neft hasilatı rekord səviyyədədir

Birləşmiş Ştatların sutkalıq neft hasilatı rekord səviyyədədir

ABŞ-ın gündəlik xam neft istehsalı rekord səviyyədədir.

Mediainfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı dəyişməyərək sutkada orta hesabla 12,9 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

ABŞ-ın sutkalıq neft istehsalı yanvarda orta hesabla 11,9 milyon barrel, fevralda 12 milyon, martda 12,2 milyon, apreldə 12,3 milyon, mayda 12,4 milyon, iyunda 12,2 milyon, iyulda 12 milyon, avqustda 12,3 milyon, sentyabrda 12,4 milyon, oktyabrda 12,6 milyon, noyabrda isə 12,8 milyon barrel olub.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 201 min barrel azalaraq gündəlik 5,99 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 345 min barrel geriləyərək sutkada 3,13 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,3 milyon barrel, gələn il isə 13,3 milyon barrel olacaq.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az