Mərkəzi Gömrük Hospitalı "SOCAR Polymer" şirkətinin "təcili tibbi yardım xidməti"-nin göstərilməsi ilə bağlı elan etdiyi tenderin qalibi olub. Tenderin şərtlərinə görə Mərkəzi Gömrük Hospitalının beynəlxalq protokollara uyğun olaraq ən müasir tibbi avadanlıqla təchiz olunmuş ambulansı və yüksək ixtisaslı təcili yardım həkimləri kimya sənayesinin region üzrə lideri olan "SOCAR Polymer" şirkətinin əməkdaşlarına sutkada 24 saat təcili tibbi yardım xidməti göstərəcək.
Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa hospitalın ambulansı tibbi təxiyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.
Əhalinin nəzərinə: Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım xidmətinə 905 telefon nömrəsi vasitəsi ilə 7/24 rejimində müraciət etmək mümkündür.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































