İran, BƏƏ və Səudiyyə Ərəbistanı ilk üçlükdə qərarlaşıb

İran, BƏƏ və Səudiyyə Ərəbistanı ilk üçlükdə qərarlaşıb

Cari ilin 10 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb. Mediainfo.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin həcmi 422 milyon 687 min ABŞ dolları, BƏƏ ilə 56 milyon 783 min dollar, Səudiyyə Ərəbistanı ilə isə 9 milyon 662 min dollar olub. İran və Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsi ötən ilə nisbətən artıb, Səudiyyə Ərəbistanı ilə azalıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 391 milyon 689 min dollar, BƏƏ-dən 39 milyon 696 min dollar, Səudiyyə Ərəbistanından isə 8 milyon 694 min dollar təşkil edib. Ölkəmiz Səudiyyə Ərəbistanından idxalı azaltsa da, İran və BƏƏ-dən idxalı artırıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az