Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır.
Mediainfo.az xəbər verir ki, bu barədə "Baker Hughes" şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 11 ədəd azalaraq 806 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 276 ədəd azalıb. Beləliklə də, ölkədəki qazma qurğularının sayında ardıcıl 4 həftə azalma müşahidə olunub.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 10 ədəd geriləyərək 674 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 214 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı da 1 ədəd azalaraq 129 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 65 ədəd geriləyib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































