ABŞ-da COVID-19-un geniş vüsət alması 45 milyon insanı işsiz qoyub.
Mediainfo.az xəbər verir ki, ölkə milyarderləri isə bu dövr ərzində 584 milyard dollar qazanıb.
Belə ki, yeni növ koronavirus (COVID-19) epidemiyasının ən çox təsir etdiyi ölkə olan ABŞ-da infeksiya ucbatından əhali iqtisadi çətinliklərlə üz-üzədir. Halbuki ölkənin biznesmenləri bu müddət ərzində iqtisadi cəhətdən aktivliliyi davam etdirib.
Rəsmi məlumatlara görə, epidemiyanın başlandığı gündən etibarən ölkədə 45 milyon insan işsiz qalıb. Digər tərəfdən Vaşinqton Siyasi Tədqiqatlar İnstitutunun "Forbes"in açıqladığı rəqəmlərə əsasən verdiyi məlumatda 614 amerikalı milyarderin 18 mart - 17 iyun tarixləri arasında 584 milyard dollar qazandığı məlum olub.
Qeyd edək ki, bu ABŞ-da "Böyük Böhran"dan sonra yaranmış ən dərin iqtisadi böhran hesab edilir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































