“İyulun 1-dən Rusiyanın 67 bölgəsi turistləri qəbul etməyə hazır olacaq”.
Bunu Federal Turizm Agentliyinin rəhbəri Zarina Doquzova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əvvəlki illərdə Rusiya Federasiyasının əksər bölgələrində yay turizm mövsümünün tam başlaması iyulun 1-nə təsadüf edirdi: “Gələn həftədən turizmin 40 subyekti - otellər, motellər və digər yaşayış obyektləri işə başlayacaq. İyunun 28-də artıq yay səyahətlərinə start veriləcək”.
Z.Doquzova əlavə edib ki, iyulun 1-dən etibarən sanatoriyalarda koronavirus infeksiyasının olmamasını təsdiq edən sertifikatın ləğv olunacağı da gözlənilir:
"Təəssüf ki, pandemiya dövründə sanatoriya-kurort müəssisələri üçün icazə sertifikat lazımdır. Bu tələbin aradan qaldırılmasına çalışırıq”.
Onun sözlərinə görə, sözügedən məcburi sertifikat turizm komplekslərinin rahat şəkildə fəaliyyəti üçün maneə törədir. Bu məsələnin müvafiq qurumlarla müzakirə edildiyi bildirilib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

























.jpg)
.jpg)










.jpg)

















