Bu həftə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusa yeni partiya Azərbaycan neftinin göndərilməsini planlaşdırır.
Bu barədə Mediainfo.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
Onun sözlərinə görə, iyunun 25-26-da Gürcüstanın Supsa limanından Belarusa növbəti partiya Azərbaycan nefti göndəriləcək: “Bu dəfə göndəriləcək Azərbaycan neftinin həcmi 85-90 min ton təşkil edəcək”.
O bildirib ki, Supsa limanından yola salınacaq neft Odessa limanına çatdırılacaq və Odessa-Brodı boru kəməri ilə Mozır neft emalı zavboduna nəql ediləcək.
İ. Əhmədov qeyd edib ki, bu günə qədər SOCAR Belarusa ümumilikdə 2,05 mln. barel Azərbaycan və 0,78 mln. barel digər neft nəql edib.
Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 mln. tona qədər neftin nəql etməyi planlaşdırır.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

























.jpg)
.jpg)










.jpg)

















