Azərbaycanın sabiq maliyyə naziri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Əvəz Ələkbərov 2019-cu il üzrə elm və təhsil sahəsindəki fəaliyyətinə görə BMT-nin “İlin alimi” beynəlxalq mükafatına layiq görülüb.
Mediainfo.az xəbər verir ki, “İlin alimi” təltifi BMT-nin İctimai Mükafatlar Şurasının inkişaf etməkdə olan üzv ölkələrin, yaxud bölgənin elmi-texnoloji inkişafına verdiyi töhfələrə görə ayrı-ayrı alimlərə və ya alimlər qrupuna təqdim etdiyi illik elmi mükafatdır. Burada təhsil, mühəndislik və sənayenin inkişafı məsələləri xüsusi nəzərə alınır.
İqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov hazırda UNEC-in "Maliyyə və maliyyə institutları" kafedrasının müdiri, Universitetin "Professorlar Klubu"nun Rəyasət Heyətinin sədridir. O, dünya və ölkə mətbuatında ictimai-siyasi və iqtisadi məsələlər üzrə 500-dən çox məqalənin, 80-dək elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 1 biblioqrafik kitabın, 1 dərsliyin və 1 dərs vəsaitinin müəllifidir.
2019-cu ildə dünya elminə və iqtisadiyyatına xidmətlərinə görə BMT-nin “Sülh səfiri” beynəlxalq mükafatına layiq görülüb. 20 iyul 2017-ci ildə isə ölkəmizin təhsil sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































