Dünya Axıska Türkləri Birliyinin (DATÜB) Baş direktoru Ziyatdin Kassanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyinə təşəkkür məktubu göndərib.
Mediainfo.az-ın məlumatına görə, məktubda qeyd edilir ki, 2010-cu ildə yaradılan DATÜB Axıska Türklərinin dövlətlərarası qeyri-hökumət təşkilatıdır. Qurum yarandığı gündən Vətənlərindən uzaqda, dünyanın 9 müxtəlif ölkəsində yaşayan axıskalı türk tələbələrinin təhsil almaları üçün təqaüdlərin verilməsinə kömək göstərir. Birlik Axıska sürgünün 75-ci ildönümü ərəfəsində Azərbaycandan gəlib Gürcüstandakı müxtəlif universitetlərdə təhsil alan, Axıska türkü olan tələbələrə təqaüdlərin verilməsinə görə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinə təşəkkür edib.
Qeyd edək ki, “SOCAR Georgia” şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsil haqqlarını ödəyir. 2019-cu ildə bu tələbələrin sayı 1 980 nəfərə çatıb. 2013-2017-ci illər ərzində şirkət tərəfindən Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə də təqaüd verilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































