Arıtq bir neçə aydır ki, koronavirus səbəbindən bir çox özəl və dövlət qurumlarının əməkdaşları evdən çalışmaq məcburiyyətində qalıb. Bununla əlaqədar sosial şəbəkələrdə evdən çalışan işçilərə yay məzuniyyətinin verilib-verilməyəcəyi ilə bağlı müzakirələr başlayıb. Maraqlıdır, qanunvericiliklə bu məsələ hər hansısa formada tənzimlənirmi?
Mediainfo.az-ın verdiyi xəbərə görə, Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı Axar.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, işçilər əmək şəraitindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
“Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ var. Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, mülkiyyət növündən asılı olmayaraq, bütün müəssisələrdə işçilərə əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq, bəzi məsul vəzifələrdə çalışan işçilərə isə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. Qeyd edək ki, işçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz”.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















