Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.
Mediainfo.az xəbər verir ki, bu barədə “Lukoyl” şirkəti məlumat yayıb.
““Lukoyl” ACS-nin prezidenti və Direktorlar Şurasının üzvü Vahid Yusifoviç Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, habelə prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək barədə qərarı ilə bağlı ASC-ni məlumatlandırıb”, - deyə açıqlamada bildirilir.
Məlumatda o da vurğulanıb ki, Vahid Ələkbərov 1993-cü ildən şirkətə rəhbərlik edib. Bundan əlavə, iş adamı “Spartak” futbol klubuna nəzarət edir.
Xatırladaq ki, aprelin 13-də Böyük Britaniya aralarında Vahid Ələkbərovun da olduğu Rusiyadan olan 206 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
O, Rusiya Federasiyasının ən zəngin 10 milyarderindən biridir. “Bloomberg Billionaires Index (BBI)” reytinqinin məlumatına əsasən, cari ilin əvvəlindən 71 yaşlı Vahid Ələkbərovun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































