On minlərlə vətəndaşın daşınmaz əmlakla bağlı illərlə yığılan problemləri həll ediləcək. Onlar müvafiq sənədləri təqdim etməklə mənzillərinə və torpaq sahələrinə çıxarış ala biləcəklər.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Xəzər xəbərdə gedən süjetdə deyilir. Söhbət sovet dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət orqanları tərəfindən verilmiş sənədlərin də daşınmaz əmlakın qeydiyyatı üçün hüquqi əsas kimi qəbul edilməsindən gedir.
Prezident İlham Əliyevin bununla bağlı fərmanını şərh edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimovanın sözlərinə görə, Zəhmətkeş Deputatları Sovetlərinin, eləcə də kənd və qəsəbə Sovetlərinin, İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında yerli icra nümayəndələrinin torpaq sahəsinin bölüşdürülməsinə dair qərarları, kolxozların qaytanlanmış kitablarında aparılmış torpaq qeydləri yeni Fərmanla mülkiyyət hüquqlarının əhatə dairəsinə alınmış oldu.
Prezidentin ikinci bir fərmanı ilə isə təbii fəlakət, qəzalar və hərbi əməliyyatlar nəticəsində dağılmış evlərin sahiblərinin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı problemi də həll ediləcək. Bu səbəblərdən evləri dağılan vətəndaşlara dövlət yeni mənzillər versə də, həmin mənzil və torpaq sahələrinin mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi qanunvericiliklə mümkün olmurdu. Ancaq bu Fərmanla bu problem aradan qalxdı.
Ətraflı süjetdə
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























