"Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisə oldu".
Mediainfo.az xəbər verir ki, bu fikirlər deputat Tahir Mirkişilinin sosial media səhifəsində yazdığı şərhdən götürülüb. Milli Məclisin Komitə sədri mövzunu bu cür davam etdirir:
"Sazişə əsasən Araz çayı üzərində tikilən körpülər vasitəsilə Zəngilan rayonu ilə Ordubad rayonu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xəttləri ilə birləşdiriləcək. Bu saziş Azərbaycan və İranın dövlət maraqlarına xidmət edən layihənin reallaşması üçün yeni mərhələnin başlanması deməkdir.
Bu saziş ilə əslində Azərbaycan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirdi. Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin şimal istiqaməti ilə bir-birini tamamlayacaq, lazım gəldikdə isə əvəz edəcək bu yeni kommunikasiya yolu Azərbaycanın və partnyorlarının imkanlarını xeyli genişləndirəcək, hər-hansı bir dövlətin inhisar mövqeyini aradan qaldıracaq.
Bu saziş ilə Azərbaycan Ermənistanın da yersiz və səbatsız siyasi hesablarını alt-üst etdi. Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altında düşdü. İndi artıq Ermənistan Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq. Bu dəhliz də açılacaq. Və ya özünü təcrid şəraitində yaşamağa davam edəcək, edə bilsə...
İqtisadiyyat romantizmi sevmir, o praqmatizmə və dəmir məntiqə əsaslanır. Azərbaycanın iqtisadi siyasəti isə həm də Dəmir Yumruğa əsaslanır. Azərbaycan Prezidenti regional iqtisadi siyasətdə əsl peşəkar şahmat oyunu nümayiş etdirir. Ermənistan isə vəziri vurulmuş, vəzir olmağa çalışan piyada gedişləri ilə məşğuldur..."
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































