Azərbaycan beynəlxalq aləmdə təhlükəsizliyə töhfə verir

Azərbaycan beynəlxalq aləmdə təhlükəsizliyə töhfə verir

"Regional və qlobal təhlükəsizliyə töhfənin verilməsinə ünvanlanan siyasətimiz Azərbaycanın mövqeyinin daha da güclənməsinə gətirib çıxarıb və Azərbaycan artıq regionda aparıcı dövlətlərdən biri kimi beynəlxalq aləmdə təhlükəsizliyə töhfə verən bir dövlətə çevrilib".

Mediainfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov pandemiyaya qədər, pandemiya dövründə və həmçinin, post-pandemiya dövründə Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərindən danışarkən deyib.

Onun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyinin fomalaşmasında yaxından töhfə verən Azərbaycanın həyata keçirdiyi siyasət, eyni zamanda, regionda sülhün və bütövlükdə təhlükəsizliyin formalaşmasında dəstək olaraq qiymətləndirilməlidir: "Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin məqsədi Azərbaycanın regional mövqeyinin yaxşılaşdırılması, gücləndirilməsi, eyni zamanda, Azərbaycanın regional və qlobal proseslərdə rolunun artırılmasına nail olmaqdan ibarətdir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən türkdilli dövlətlərin Zirvə toplantısı, eyni zamanda, Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən videokonfrans bir tərəfdən Azərbaycana, eyni zamanda, Azərbaycan Prezidentinə olan inamın göstəricisidir. Azərbaycan Prezideninin göstərişi ilə ölkəmiz 30-a yaxın ölkədə pandemiyanın təsirlərinin aradan qaldırılması üçün maliyyə dəstəyi nümayiş etdirdi. Bu da təbii ki, Azərbaycanın iqtisadi gücünü xarakterizə edən faktorlardan biri kimi qiymətləndirilir. Azərbaycan beynəlxalq qurumlarla əməkdaşlığı davam etdirir. Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının rəhbərliyi ilə keçirilən görüşlərdə də Azərbaycanda aparılan islahatlar və pandemiyaya qədər həyata keçirilən iqtisadi islahatlar və pandemiya dövründə koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər yüksək qiymətləndirildi".

Millət vəkili vurğulayıb ki, praktik olaraq Azərbaycan orta miqyaslı "middle power" ölkə olaraq regional və qlobal təhlükəsizliyə töhfə verməyə çalışan dövlətlərdən hesab olunur: "Bu isə ondan xəbər verir ki, Azərbaycan dövlətinin rəhbərliyi ilə reallaşan siyasət Azərbaycanın regional və beynəlxalq aləmdə mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxarıb. Mövcud iqtisadi və siyasi gücün konteksində regional proseslərə daha yaxından təsir etməsi və xüsusilə də, region üçün, o cümlədən, qitə üçün lazım olan layihələrin reallaşmasına gətirib çıxarıb. Bu da bir daha təsdiq edir ki, ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və eyni zamanda regional və qlobal təhlükəsizliyə töhfənin verilməsinə ünvanlanan siyasətimiz Azərbaycanın mövqeyinin daha da güclənməsinə gətirib çıxarıb və Azərbaycan artıq regionda aparıcı dövlətlərdən biri kimi beynəlxalq aləmdə təhlükəsizliyə töhfə verən bir dövlətə çevrilib".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az