“Mexaniki sayğacların alınması 26 dollara, smart-kart tipli sayğaclar isə bundan 3 dəfə baha gəlir. Buna görə də biz "Gəncə Cihazqayırma Zavodu" ASC ilə memorandum imzalamışıq. Artıq onlar sayğac istehsalına başlayıblar və fəal iş gedir. Biz sayğacları adıçəkilən zavoddan götürəcəyik. Yaxın günlərdə bizə nümunə sayğacları təqdim ediləcək”.
Mediainfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktor Ruslan Əliyev deyib.
O bildirib ki, “Azəriqaz” İB ağıllı sayğacların tətbiqinə 2021-ci ildən başlayıb: “Bu günə qədərə 50-yə yaxın MTK-da ağıllı sayğacların quraşdırılması həyata keçirilib. İndiyə qədər İB-də olan sayğaclar ancaq smart-kart tipli olub. Bunlar ağıllı sayğac hesab olunmur. Ağıllı sayğacların tətbiqinə yeni binalarda və yeni yaşayış massivlərində başlanılıb.
2022-ci ildən yeni layihə əsasında tətbiq etdiyimiz hər bir sayğac üzərində xüsusi sim-kart qoyulacaq. Bu kart vasitəsilə həm sayğacın oxunuşunu, həm borca görə qazın dayanmasını həyata keçirəcəyik. Hətta bu sayğacları əvvəldən ödənişli sayğaclar kimi də istifadə edə biləcəyik. Yəni abonent əvvəlcədən ödəniş edəcək və limiti qurtardıqda onun qazı avtomatik dayanacaq. Bu, pilot layihədir. Bununla bağlı tenderə start veririk. Yaxın gələcəkdə artıq bunun müqavilə şərtləri məlum olacaq”.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































