Biz turizm sahəsində problemləri həll etməsək, “Turizm haqqında” qanun işləməyəcək.
Mediainfo.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O əlavə edib ki, hava yolu qiymətləri bahadır və bu sahədə Gürcüstanla rəqabətdə uduzuruq: “Deməli, turizmlə bağlı da rəqabət apara bilməyəcəyik. Bizdə ən yaxşı işləyən qurumlardan biri Dövlət Miqrasiya Xidmətidir. Bu qurum müraciətlərə dərhal reaksiya verir, yaranan problemi anındaca həll etməyə çalışır. Görünür, onların da gücü bəzi məsələlərə çatmır. Bütövlükdə bir çox ölkələrdən bura gəlib-getmək çətin olur. Üstəlik bahalı olduğu üçün də turist şirkətləri bunu həyata keçirə bilmir”.
Fazil Mustafanın fikrincə, əvvəlcə gerçək addımlar atılmalıdır ki, bu istiqamətdə inkişaf daha da genişlənsin: “Turistlərin aldadılması məsələsi də var. Məncə, İnzibati Xətalar Məcələsinə bununla bağlı maddə salınmalıdır. Bunu edənlər məsuliyyətini bilməlidir”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































