Postpandemiya dövründə həm qlobal, həm də milli iqtisadiyyatlarda bəzi sektorların daha aktiv və prioritet olacağı gözlənilir.
Bu barədə Mediainfo.az-a Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında belə deyib:
“Xüsusən onlayn ticarət, onlayn iqtisadiyyat, avtomatlaşdırma, o cümlədən strateji ərzaq məhsullarının, dərman preparatlarının istehsalının prioritet olacağı gözlənilir. Bu fonda təbii ki, real sektorda hətta yeni sahələrin önə çıxmasını da müşahidə edə bilərik”.
Vüqar Bayramlı bildirib ki, ölkəmizdə son olaraq təsdiqlənən vergi güzəştlərində də məqsəd həmin sektorların daha yaxından dəstəklənməsini həyata keçirməkdir:
“Çünki həmin sektorların həm birbaşa dəstək alması, həm də təşviq paketi, vergi güzştləri və digər güzəştlərdən istifadə etməsi onların postpandemiya dövründə daha çox inkişaf etməsinə gətirib çıxaracaq. Yerli istehsalın təşviqi və gücləndirilməsi də prioritet olaraq qalır”.
Milli Məclis üzvü vurğulayıb ki, əslində vergi güzəştlərində də yerli istehsalın təşviqi əsas istiqamətlərdən biri kimi xarakterizə olunur: "Məqsəd ondan ibarətdir ki, yerli istehsalı təşviq etməklə idxaldan asılılığın azaldılmasına nail olunsun. Xüsusən dərman preparatları üzrə yerli istehsalın dəstəklənməsi nəzərdə tutulur. Bu da istehsal strukturunun dəyişdirilməsinə və yerli istehsalın genişləndirilməsinə imkan verəcək. Bu baxımdan postpandemiya dövründə biz artıq yeni istiqamətlərin, yeni sektorların önə çıxacağını müşahidə edə biləcəyik".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















