Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.
Nazirlikdən Mediainfo.az-a verilən məlumata görə, həmin şəxslərdən 1 milyon 268 min nəfərinə pensiya, 417 min nəfərinə müavinət, 297 min nəfərinə təqaüd ödənilib. 83 min ailə üzrə 350 min ailə üzvünə isə ünvanlı sosial yardım ödənişi edilib.
May ayında sosial ödəniş alanların sayı ötən ilin may ayı ilə müqayisədə 6,8 faiz və ya 148 min nəfər çox olub.
Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə ümumilikdə 474 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricinə nisbətən 24,8 faiz və ya 94 milyon manat çoxdur.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































