Horadiz-Ağbənd dəmir yolu xətti 8 stansiyadan keçməklə ümumi uzunluğu 111 kilometrdir. Hazırda dəmir yolu xətti üzrə 50 kilometrlik hissənin müfəssəl layihəsi hazır vəziyyətdədir. Layihənin gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Mediainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Tikintiyə Nəzarət İdarəsinin rəis müavini Məhəmməd Nağıyev deyib.
“Dəmir yolu xətti üzrə layihələndirmə və tikinti quraşdırma işləri minalardan təmizləmə işləri ilə paralel olaraq davam etdirilir. Hazırda minalar bu yolda iş aparılmasına əngəl törədir. Minalar təmizləndikcə tikinti-quraşdırma işlərini davam etdiririk”, - o bildirib.
Qurum rəsmisi qeyd edib ki, ərazidə işlər üç mərhələdə aparılır:
“Birinci mərhələ Horadiz-Mərcanlı-Mahmudlu stansiyalarını əhatə edir. Bu xətt əvvəlki dəmir yolu xətti ilə eynidir. İkinci mərhələ Mahmudlu-Soltanlı-Qumlaq-Mincivan stansiyalarını əhatə edir. Bu hissə Xudafərin və Qız qalası hidroqovşaqlarının tikintisi ilə əlaqədar yeni xətt layihələndirilib. Üçüncü mərhələ üçün Mincivan-Bartaz-Ağbənd stansiyaları mövcud xəttə birləşdirilib”.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































