Sosial şəbəkələr üzərindən müraciətlərə xüsusi diqqət ayıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Feysbuk üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.
Mediainfo.az bildirir ki,“Azəriqaz”dan verilən məlumata görə, bununla da vətəndaşların problemlərinin daha operativ həllinə çalışılacaq. Artıq neçə gündür ki, bu təşəbbüsə start verilib.
Telefon danışığı zamanı baş direktor müvafiq struktur rəhbərlərini də qrup zənginə qoşaraq ünvanlanan müraciətlərin qısa müddət ərzində həllini tapmasına çalışr, müraciətlərin icrasının nə yerdə olması ilə də maraqlanır, bununla da, struktur rəhbərlərini vətəndaş müraciətlərinə məsuliyyətlə yanaşmağa vadar edir.
"Vətəndaşların problemlərinin daha operativ şəkildə həllini tapması üçün vətəndaşlar bundan sonra gün ərzində ayrı-ayrı saatlarda R. Əliyevin zənglərini qəbul edəcək. Belə zənglər zamanı abunəçilər fikirlərini sərbəst səsləndirməkdən çəkinməsinlər", - deyə məlumatda qeyd olunub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































