Ermənistanın İqtisadiyyat Nazirliyi ölkənin dövlət borcu barədə açıqlama yayıb.
Oxuməni.az xəbər verir ki, 2021-ci ilin əvvəlinə dövlət borcu 8,1 milyard dollar göstərilir. Bu, ölkənin ümumi daxili məhsulunun 63,5 faizinə bərabərdir.
Hesabata əsasən, 2020-ci ilin əvvəlinə Ermənistanın dövlət borcu 6,8 milyard dollar, 2017-ci ilin əvvəlinə 5,4 milyard dollar, 2015-ci ilin əvvəlinə 4 milyard dollar, 2010-cu ilin əvvəlinə 2,9 milyard dollar, 2009-cu ilin əvvəlinə 1,7 milyard dollar olub.
Azərbaycanın Maliyyə Nazirliyi 1 yanvar 2021-ci ilə ümumi daxili məhsulun 20,7 faizinə bərabər – 8 milyard 821,5 milyon dollar xarici borc olduğunu açıqlayıb.
1 yanvar 2020-ci ilə Azərbaycanın xarici borcu 9 milyard 91 milyon dollar idi.
Əvvəlki illərə gəlincə, xarici borc 2011-ci ilə 3,8 milyard dollar, 2012-ci ilə 4,8 milyard dollar, 2013-cü ilə 5,7 milyard dollar, 2014-cü ilə 4,7 milyard manat, 2015-ci ilə 6,4 milyard dollar, 2016-cı ilə 6,8 milyard dollar, 2017-ci ilə 6,9 milyard dollar, 2018-ci ilə 9,3 milyard dollar, 2019-cu ilə 8,9 milyard dollar məbləğində göstərilmişdi.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































