Biz işğaldan azad olunan əraziləri yenidən inşa edərək, yeni bir Qarabağ ərsəyə gətirəcəyik.
Mediainfo.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını 30 il məhv edənləri görməyənlər, Azərbaycanın azadlıq mücadiləsini əngəlləmək üçün səfərbər olanlar indi gəlib Füzulini, Qarabağı görsünlər:
"Hər şey ortadadır. Dünən oraların halını gördük. Azərbaycanlılar 30 il öncə Qarabağdan çıxmaq məcburiyyətində qaldıqda heç bir evi yandırmadılar, çünki insan öz evini yandırmaz, ancaq ermənilər oralardan gedəndə hər şeyi yandırdılar, çünki oralar onların vətəni deyildi. Ancaq biz oraları yenidən inşa edərək, yeni bir Qarabağ ərsəyə gətirəcəyik".
"Şuşa bu gün öz mədəniyyəti ilə ayağa qalxır. Cıdır düzündə təşkil edilən Xarıbülbül festifalı dünyaya verilən açıq bir mesaj idi. Şuşanın gələcəkdə Türk dünyasının paytaxtı olmasını görməkdən məmnun olarıq. Dünyanın 4 tərəfindən olan türk sənət adamlarının Şuşaya gəlməsi Şuşaya gözəl bir salam olardı" - deyə, Ərdoğan əlavə edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































