Dondurmalarla bağlı problemlər əmtəə bazarında hələ də qalmaqdadır.
Mediainfo.az xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əmtəə bazarında satılan keyfiyyətsiz dondurmalar barədə axar.az-a danışarkən deyib.
O bildirib ki, dondurmalarla bağlı vətəndaşların müraciəti artıb:
“Əhali bilməlidir ki, dondurmalar süd məhsuludur. Yağlılığı qaldırmaq üçün onun tərkibinə yalnız kərə yağı qatılmalıdır. Təəssüf ki, dondurmanı yeyərkən dil üzərində acılıq meydana gəlir. Bu, o deməkdir ki, dondurmanın tərkibinə bitki yağları qarışdırılıb. Azad İstehlakçılar Birliyinin ABŞ-ın İnkişaf Agentliyinin 2011-ci ildə həyata keçirtdiyi layihəyə qoşulması ilə ölkəmizdə qida təhlüksizliyi nişanı təsis olunub. Bu təhlükəsizlik nişanı Azərbaycanda yalnız “Cavad LTD” şirkətinin istehsal etdiyi “İceland” dondurmalarına şamil olunub. Ölkəmizdə saxta dondurmalar da istehsal olunur. “Areqo” dondurması xarici ölkənin mal nişanını mənimsəməklə istehsal olunur”.
E.Hüseynov qeyd edib ki, istehlakçılar narazı qaldıqları hüquqi və fiziki şəxslər barədə “1003” qaynar xəttinə zəng edib Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































