Marketlərdə meyvələrin qiyməti Moskva bazarlarından da yüksəkdir. Bunun səbəbi meyvə istehsalçıları ilə bazar arasında bir neçə halqa olmasından qaynaqlanır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli regionlarda və şəhərlərdəki meyvə və tərəvəz məhsullarının qiymətlərindəki böyük fərqlərdən danışarkən Axar.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanda fermerlər öz məhsullarını birbaşa bazara, marketlərə çıxara bilmir:
“Tarladan süfrəyə qədər olan məsafədə oyunçular olur. Neçə ildir bu problemlə bağlı araşdırma aparılır, Kənd Təsərrüfatı Nazirliyi, əlaqədar qurumlar dəfələrlə söz veriblər ki, fermerlərin bazarlara çıxışı asanlaşacaq. Lakin biz bunu görmürük. Məhsul Bakıya, supermarketlərə gələnə qədər bir neçə dəfə əl dəyişdirir. Bu əldəyişmə nəticəsində məhsulun qiymətində kəskin artım müşahidə olunur. Bu satış zəncirində yer alan oyunçular öz xeyirlərinə görə məhsulun qiymətini artırırlar. Bunun həll yolu odur ki, böyük market şəbəkələri fermerlərlə birbaşa müqavilə bağlasınlar. Buna şərait yaradılmalıdır. Təəssüf ki, Bakıda kənd təsərrüfatı bazarları bağlanır. Əksəriyyət supermarketlərdən alış-veriş edir. Fermerlərlə marketlər arasında birbaşa əlaqənin yaranması həm fermerlər üçün komfortlu qiymət koridoru yarada bilər, həm də vətəndaşlar daha ucuz qiymətə məhsul əldə edərlər”.
Ekspert qeyd edib ki, hazırda Rusiya sərhədi yükdaşımalar üçün açıqdır, lakin bağlana bilər:
“Məhsulun Rusiyaya ixracı zamanı maşınlar günlərlə sərhəddə qalır, bazarlara çıxış məhdudiyyəti olur, yollarda incidilir. Nəticədə məhsul xarab olur. Ona görə də bu ehtimallara hazır olmaq lazımdır. Azərbaycanda meyvə istehsalı ilə məşğul olan fermerlərin yerli bazara çıxması üçün dövlətin dəstəyinə ehtiyacı var”.
Qeyd edək ki, Göyçayda fermerlər məhsullarını Rusiya bazarına çıxara bilmədikləri üçün yerində xiyarın kilosunu 3-5 qəpiyə, pomidorun kilosunu isə 20 qəpiyə satdıqlarını bildiriblər. halbuki bakıda xiyar 50 qəpik, pomidor isə 1,5-2,5 manatadır.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































