Toyların keçirilməsinə icazə verildikdən sonra qoyulan şərtlər şadlıq saraylarında qiymət dəyişikliyi yarada bilər.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu iqtisadçı ekspert Natiq Cəfərli toyların keçirilməsinə icazə veriləcəyi barədə məlumatlara münasibət bildirərkən Axar.az-a açıqlamasında deyib.
İqtisadçı bildirib ki, toyların hansı formada keçiriləcəyi toy xərclərinə təsir edəcək:
“Ehtimal var ki, ilkin olaraq toyların açıq havada keçirilməsinə icazə veriləcək. Nəzərə alaq ki, Bakı şəhərində açıq havada toylar təşkil edə biləcək restoranların sayı çox deyil, eyni zamanda, 1 ildən çoxdur yığılıb qalan toylar var. Bu da növbələrin yaranacağı, təlabatın artacağı və qiymətlərin qalxacağı deməkdir”.
Ekspert bildirib ki, pandemiya dövründə toylara qoyulan qadağa, kafe və restoranların işində müəyyən məhdudiyyətlər ət bazarında durğunluq yaratmışdı:
“Toylar bərpa olunduqdan sonra ət istehsalında da aktivlik müşahidə olunacaq. İlkin ehtimal odur ki, ət qiymətlərində də artım ola bilər”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































